Simsar.az | bizi özünüzə Simsar bilin
Elvin Hüseynov Samir Cavadzadəni satdı

"Məni Samir bıçaqlayıb"

Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadənin bıçaqladığı Elvin Hüseynov polisə ifadə verib. Hadisəni araşdıran Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Əziz Əzimov APA-ya bildirib ki, Elvin Hüseynov ifadəsində Samir Cavadzadə tərəfindən bıçaqlandığını etiraf edib: “Elvin Hüseynov ifadəsində Samiri yumruqla vurduğunu, sonra isə Samirin ona bıçaqla xəsarət yetirdiyini bildirib. Hazırda tibbi ekspertizanın nəticələrini gözləyirik. Nəticələr açıqlanan kimi hadisə ilə bağlı cinayət işi başlanacaq. Ekspertizanın rəyinə görə, Elvin Hüseynovun xəsarəti ağır olarsa, Samir Cavadzadənin həbs edilməsi qaçılmazdır”

Xatırladaq ki, APA ötən gün xəstəxanada müalicə olunan Elvin Hüseynovdan açıqlama alıb. O, açıqlamasında Samir Cavadzadənin günahsız olduğunu deyib: “Bu işdə heç kimin günahı yoxdur. Günahkar özüməm. Yaşadığım evdə ehtiyatsızlıq nəticəsində özümə xəsarət yetirmişəm. Mətbuatda məni Samir Cavadzadənin bıçaqlaması barədə verilən məlumatların heç bir əsası yoxdur. Polisə verəcəyim ifadəmdə də bunu bildirəcəyəm”.

E. Hüseynov həmçinin deyib ki, mətbuatda S. Cavadzadənin polisə ifadəsində hadisəni onun törətməsi barədə verilən məlumatlar isə anlaşılmazlıqdır. Səhhətinin yaxşılaşmağa doğru getdiyinin deyən E. Hüseynov özünü yaxşı hiss etdiyini açıqlayıb.

Qeyd edək ki, Samir Cavadzadə də mətbuata ziddiyyətli açıqlama verib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Əziz Əzimov sentyabrın 20-də APA-ya verdiyi açıqlamada tanınmış müğənni Samir Cavadzadənin ifadəsində Elvin Hüseynovu bıçaqladığını etiraf etdiyini bildirib. Təhqiqatçı deyib ki, Samir Cavadzadə hadisəni şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədib: “Samir ifadəsində bunu təsdiqləyib. Samirin dediyinə görə, o, Elvini gecə yarısı evdə səs-küy saldığı üçün vurub və bunu ehtiyatsızlıqdan törədib”.

Lakin S. Cavadzadə isə mətbuata açıqlamasında hadisəni törətmədiyini bildirib.

Qeyd edək ki, Samir Cavadzadə 2008-ci ildə Azərbaycanı “Eurovision”-da təmsil edib.

22 Sentyabr, 2011  17:10 Baxılıb: 1613

Bu bölmədə