Simsar.az | bizi özünüzə Simsar bilin
Hidayət Orucov təxribatçı qruplardan danışdı

"Azərbaycanda dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qruplar mövcuddur"

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın təkcə sosial-iqtisadi uğurlarını, hərbi-siyasi, elm-təhsil sahəsində deyil, həm də milli-mənəvi dəyərlərimizin, maddi-mənəvi irsimizin, tarixi-dini abidələrimizin qorunması və bərpası sahəsində görmək mümkündür. Trend-in məlumatına görə, bunu "Müstəqilliyimiz və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

"Ölkəmizdə dini dözümlülük, tolerantlıq Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib. Təəssüflə qeyd edilməlidir ki, ölkəmizdə fəaliyyət göstərən konfessiyalarda milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qruplar da mövcuddur", - Orucov bildirib.

22 Sentyabr, 2011  16:49 Baxılıb: 813

Bu bölmədə