Türkiyə Kiprdə qaz axtaracaq
Bu sahədə müqavilə imzalanıb Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 21-də Şərqi Aralıq dənizində 8 hərbi gəmi göndərən Türkiyə elə həmin gün axşam saatlarında Şimali Kiprlə Şərqi Aralıq dənizində neft-qaz axtarışı ilə bağlı müqavilə imzalayıb. Müqaviləni Nyu-Yorkda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu imzalayıb. Anlaşma Şərqi Aralıq dənizində Şimali Kiprə məxsus şelf sahəsinin sərhədlərini müəyyən edir. Bununla belə, Rəcəb Tayyib Ərdoğan deyib ki, neft-qaz yataqlarının axtarışı gələcəkdə bütün KİPR adasının sahillərini də əhatə edə bilər: “Bu addım Kiprdəki tərəflərinin haqlarının təmin edilməsi çərçivəsində atıla bilər”.
22 Sentyabr, 2011 16:20 ⁄ Baxılıb: 973
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |