Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi ilə müharibə daha 3 ay davam edəcək

NATO qərar verib

NATO Liviyada devrilmiş prezident Müəmmər Qəddafiyə sadiq qüvvələrə qarşı hava və dəniz əməliyyatlarını 3 ay da uzatmağa qərar verib.

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, NATO-nun baş qərargahındakı bir diplomat bununla bağlı alyans daxilində razılaşma əldə edildiyini bildirib. Razılıq NATO-ya üzv 28 ölkənin səfirlərinin birgə toplantısında əldə olunub. 

Qeyd edək ki, NATO-nun Liviyada hava və dəniz əməliyyatı 6 aydır ki, davam edir.

22 Sentyabr, 2011  15:28 Baxılıb: 844

Bu bölmədə