Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur aktyorun “Mercedes”i oğurlandı

Dünya şöhrətli aktyor Con Travoltanın 1970-ci ilin modeli olan “Mercedes”i dünən Kaliforniyanın Santa Monika şəhərində oğurlanıb.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Travolta Mercedes-Benz 280 SL markalı, üstüaçıq klassik maşınını “Jaguar” avtomobil markasının bir dilerinin yaxınlığında saxlayıb. 10 dəqiqəliyə həmin qalereyaya daxil olan aktyor geri döndükdə avtomobilini yerində tapa bilməyib. 

Hazırda polis 35 min dollar qiyməti olan maşının kim tərəfindən oğurlandığını tapmaq üçün təhlükəsizlik kameralarını yoxlayır.

22 Sentyabr, 2011  02:58 Baxılıb: 1191

Bu bölmədə