Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN SÖZÜNƏ ƏMƏL ETDİ!

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin döyüş gəmilərini Şərqi Aralıq dənizinə göndərib

Türk Dəniz Qüvvələrinə aid 3 döyüş gəmisi Çanaqqala boğazından keçərək Egey dənizinə açılıb.
Qeyd edək ki, İsrail və Kiprin Aralıq dənizində təbii qaz axtarmasına görə mübarizə gücləndiyi zaman gəmilərin hərəkətə keçməsi diqqət çəkib.
Xatırladaq ki, Türkiyə İsrail və Kiprin Aralıq dənizində qaz axtarmasına qarşı çıxmışdı. Bu hərəkəti təxribat kimi qiymətləndirən Ərdoğan “Bizim də görəcəyimiz işlər var” demişdi. Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız da Aralıq dənizinə döyüş gəmilərinin göndəriləcəyini bildirmişdi.

22 Sentyabr, 2011  00:56 Baxılıb: 951

Bu bölmədə