Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT ROBERT VOLTERİ QƏBUL EDİB

İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının demokrat qrupunun sədri Robert Volteri qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Bakıda keçiriləcək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş beynəlxalq tədbirin əhəmiyyəti qeyd edildi, bu tədbirin parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

21 Sentyabr, 2011  19:49 Baxılıb: 846

Bu bölmədə