Simsar.az | bizi özünüzə Simsar bilin
BU GÜN BMT-DƏ SİYASİ DİSKUSSİYALAR KEÇİRİLƏCƏK

BMT Baş Assambleyasının 66-cı sessiyasının növbəti iclası öz işinə başlayacaq.

Sessiya çərçivəsində ümumi siyasi diskussiyalar keçiriləcək. Müzakirədən əvvəl Baş katib Pan Gi Mun təşkilatın fəaliyyətinə dair illik hesabatını təqdim edəcək. Birinci gün Baş Assambleyanın tribunasından nümayəndələrə Braziliya, ABŞ, Rusiya, Fransa, Qazaxıstan və Ukraynanın rəhbərləri də müraciət edəcəklər.
Siyasi müzakirələrin sentyabrın 27-nə qədər davam etməsi nəzərdə tutulub. Sessiyanın əvvəlində yoluxucu xəstəliklərə həsr olunmuş yüksək səviyyəli toplantının keçirilməsi nəzərdə tutulub.
Sabah isə Durban Bəyannaməsinin qəbulunun və irqi ayrı-seçkiliklə mübarizəyə dair fəaliyyət proqramının qəbulunun 10-cu ildönümünə həsr olunmuş bir günlük iclas planlaşdırılıb. Qeyd edək ki, artıq bir neçə gündü Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyyəti seesiyanın iclasında iştirak etmək üçün Nyu-Yorka səfərə gedib.

21 Sentyabr, 2011  19:49 Baxılıb: 800

Bu bölmədə