Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan futbol çempionatında nələr oldu

"Qarabağ" uduzdu, "Neftçi" uddu

Simsar.az-ın məlumatına görə, hesabat turunun qarşılaşmalarından sonra uduzmayan komandaların sayı minimuma, qələbəsiz komandalar isə 2-yə enib.

Son iki oyunda yenilən “Neftçi” “Qəbələ”yə çempionatda ilk məğlubiyyət acısı yaşadıb. İlk yarısı qolsuz tamamlanan qarşılaşmanın ikinci hissəsində flaqman əvvəlcə Rəşad Abdullayev, sonra isə Araz Abdullayevin qolları ilə inamlı qələbə əldə edib. “Qəbələ”nin bu məğlubiyyətindən sonra Premyer Liqada yalnız “Xəzər Lənkəran” məğlubiyyətsiz komanda statusunu qoruyub. Lənkəran komandası bu dəfə səfərdə “Qarabağ”ı minimal hesabla yenib. Digər tərəfdən, “Bakı” Tovuzda “Turan”ın qapısından 2 cavabsız top keçirərək, ikinci pilləyə “Qəbələ” ilə şərik çıxıb. Amma lider “Xəzər Lənkəran” ən yaxın izləyiciləri ilə xal fərqini 5-ə yüksəldib.

“Simurq” ilk qələbəsini Zaqatalada “Kəpəz” üzərində qazanıb. 6 qolun vurulduğu bu oyunda meydan sahiblərinin 1, qonaqların 2 futbolçusu meydançadan qovulub. Bu nəticədən sonra “Neftçi” Gəncə komandası ilə xallarını bərabərləşdirərək, ilk “6-lığ”ı tamamlayıb.


Paytaxt derbisində AZAL-la səfər heç-heçəsinə nail olan “İnter” 4-cü pilləyə enib. Çempionatın iki autsayderi və debütantı – “Rəvan”la “Sumqayıt Şəhər” də “sülh”ə razılaşıblar.

17 sentyabr (şənbə)

“Qarabağ” (Ağdam) – “Xəzər Lənkəran” – 0:1
Qol: Adrian Pit, 42
Qırmızı vərəqə: Elnur Allahverdiyev, 63

“Simurq” (Zaqatala) – “Kəpəz” (Gəncə) – 4:2
Qollar: Robertas Poşkus, 6. Yevgeni Şmakov, 32; 70. Tofiq Mikayılov, 80 - Yuri Fomenko, 19. Armand Fetçine, 76
Qırmızı vərəqələr: İlkin Qırtımov, 65 - Razvan Tarlea, 45. Ceyhun Sultanov, 74

AZAL (Bakı) – “İnter” (Bakı) – 1:1
Qollar: Georgi Bogihu, 49 - Vladimir Levin, 87

18 sentyabr (bazar)

“Turan” (Tovuz) – “Bakı” – 0:2
Qollar: Uinston Parks, 43. Rəhman Hacıyev, 90+3
İstifadə olunmamış penalti: Vilson Junior, 15 (“Bakı”)

“Rəvan” (Bakı) – “Sumqayıt Şəhər” – 0:0
İstifadə olunmamış penalti: Miloş Zeçeviç, 55 (“Rəvan”)

“Neftçi” (Bakı) – “Qəbələ” – 2:0
Qollar: Rəşad Abdullayev, 64. Araz Abdullayev, 85


Komanda O Q H M Qollar Xallar
1 Xəzər Lənkəran 6 5 1 0 11-3 16
2 Bakı 6 3 2 1 8-5 11
3 Qəbələ 6 3 2 1 6-5 11
4 İnter 6 3 1 2 5-5 10
5 Neftçi 5 3 0 2 8-4 9
6 Kəpəz 6 3 0 3 13-12 9

7 AZAL 6 2 2 2 9-9 8
8 Qarabağ 5 2 1 2 3-3 7
9 Turan 6 2 0 4 6-9 6
10 Simurq 6 1 2 3 5-8 5
11 Rəvan 6 0 3 3 6-9 3
12 Sumqayıt Şəhər 6 0 2 4 2-10 2


Bombardirlər: Sergey Artyux (“Turan”), Yuri Fomenko (“Kəpəz”) – hər ikisi 4 qol.

19 Sentyabr, 2011  15:39 Baxılıb: 962

Bu bölmədə