Simsar.az | bizi özünüzə Simsar bilin
GÖMRÜK MƏCƏLLƏSİ TƏSDİQ EDİLDİ

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi təsdiq edilsin.
Maddə 2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, №6, maddə 447; 1999, № 10, maddə 570; 2000, № 12, maddə 835; 2001, № 11, maddələr 676, 686, 695, № 12, maddə 736; 2002, №1, maddə 4, № 8, maddə 463; 2003, № 1, maddələr 3, 16, 23; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 400, № 7, maddə 505; 2005, № 4, maddə 277, №10, maddə 876, №11, maddə 994; 2007, №5, maddə 442, №6, maddə 560, №10, maddə 938, №11, maddə 1053; 2008, №7, maddə 602; 2009, №2, maddə 48, №12, maddə 968; 2010, №4, maddə 276, №8, maddə 712) 2012-ci il yanvarın 1-dən ləğv edilsin.
Maddə 3. Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir.
Maddə 4. Bu Qanun 2012-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2011-ci il

17 Sentyabr, 2011  20:56 Baxılıb: 1078

Bu bölmədə