Simsar.az | bizi özünüzə Simsar bilin
ABDULLAH GÜL ALMANİYAYA GEDİR

Bu, 9 illik fasilədən sonra Türkiyədən Almaniyaya prezident səviyyəsində ilk rəsmi səfər olacaq

Türkiyədən Almaniyaya 9 illik fasilədən sonra prezident səviyyəsində ilk rəsmi səfər həyata keçirilir.

Prezident Abdullah Gül Almaniya Federal Respublikasının prezidenti Kristian Vulfun dəvəti ilə Almaniyaya dörd günlük səfər edəcək.

Sabah başlayacaq səfər 1961-ci il tarixli Türkiyə-Almaniya işçi qüvvəsi müqaviləsinin imzalanmasının 50-ci ildönümündə həyata keçirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Gül və Vulf arasında keçiriləcək müzakirələrdə ikitərəfli əlaqələrlə yanaşı Türkiyənin Avropa Birliyinə üzvlük prosesi və bölgədə yaşanan son proseslər başda olmaqla müxtəlif regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Gül Almaniyanın baş naziri Anjela Merkeli də qəbul edəcək. Bundan əlavə, iki ölkənin maliyyə nazirləri arasında Türkiyə-Almaniya İkiqat Vergiləndirmənin Qarşısının Alınması Müqaviləsinin imzalanması nəzərdə tutulur.

Abdullah Gül Berlin və Ştutqardda türklərlə də görüşəcək.

17 Sentyabr, 2011  19:44 Baxılıb: 846

Bu bölmədə