Simsar.az | bizi özünüzə Simsar bilin
RUSİYANIN BACARMADIĞI QARABAĞ MÜNAQİŞƏSİ FRANSANIN İXTİYARINDA

Politoloqlar isə Sarkozinin regona səfərindən ciddi heç nə gözləmirlər

Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfərinin dəqiq tarixi açıqlanıb. “Reuters” agentliyinin məlumatına görə, N. Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri oktyabrın 6-7-də baş tutacaq.

Səfər çərçivəsində o, Azərbaycan, Gürcüstan və Ermənistan prezidentləri ilə görüşəcək, ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Fransa prezidentinin müzakirə edəcəyi məsələlər sırasında regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi də var.

Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Rusiya prezidenti Dmitri Medvedevin göstərdiyi səylərin fiaskoya uğraması bu ölkənin regionda heç də söz sahibi olmadığını və qaynar ocaqların söndürülməsində maraqlı görünmədiyini təsdiqlədi.

Bu günə qədər Medvedevin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezidentlərin bir neçə görüşü keçirilib və müzakirələr nəticəsiz qalıb.

Sarkozinin regona səfəri Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın fəallığının artmasına səbəb ola bilər. Rusiya mətbuatının yazdığına görə, Rusiyanın Dağlıq Qarabağ siyasətinin iflasa uğraması Fransanın aktivləşməsinə gətirib çıxarıb.


Politoloq Vəfa Quluzadə Simsar.az bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli artıq dalana dirənib və son proseslər məsələnin hərb yolu ilə həllinə gətirib çıxarır: «Fransa nə edə bilər? Fransanın xarici siyasəti xristian faktoruna söykənir. Orada güclü erməni diasporu var. İllərdir diaspor öz siyasətini qurur, Fransanın siyasətini dəyişdirir. «Erməni soyqrımı»nı tanyıan yeganə ölkə Fransadır. Aqustun 22-də rəsmi Bakıya xəbərdarlıq etmədən Fransa parlamentinin deputatları Dağlıq Qarabağa səfər ediblər. Onlar mətbuata açıqlamalarında bildiriblər ki, guya Dağlıq Qarabağı Azərbaycana Stalin verib. 90-cı ildə isə «Dağlıq Qarabağ xalqı» ayağa qalxaraq müstəqillik tələb ediblər. Əlbətdə ki, bu belə deyil. Fransada erməni dəyirmanına su tökən siyasətçilər kifayət qədərdi. Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsinin bir nömrəli əleyhdarı Fransadır”.


Politoloq təəssüflə bildirir ki, Ermənistana kifayət qədər təsir imkanları olan Fransa və Rusiya kimi ölkələr bu günə qədər imkanlarının heç beş faizindən istifadə etməyiblər. Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı Fransa və Rusiyanın mövqelərində prinsipial fərq yoxdur».


Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə Simsar.az bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqları məsələsi həmişə beynəlxalq siyasətin diqqətində olub: «Amerika, Fransa və Rusiyanın Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləməsi əslində rəsmi İrəvana ciddi mesajdır: “Doğrudur, Ermənistan müəyyən dairələrin, lobbilərin dəstəyindən yararlanaraq işğal müddətini uzadır. Ancaq bu günkü real siyasi, hüququ durum Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə səsləyir”.

RAMİL

17 Sentyabr, 2011  17:14 Baxılıb: 939

Bu bölmədə