Simsar.az | bizi özünüzə Simsar bilin
Təbrizdəki qanlı olaylar BMT gündəliyində

30 milyonluq azərbaycanlının dərdini bütün dünya biləcək

Simsar.az-ın məlumatına görə, Bir saat 30 dəqiqə davam edən görüş zamanı Güney Azərbaycanda baş verən son hadisələr, o cümlədən Urmu gölünün İran dövləti tərəfindən məqsədyönlü qurudulması və bunun nəticəsində 14 milyon azərbaycan türkünün yaşadıqları tarixi torpaqlardan deportasiya edilməsi, Azərbaycanın Marağa və Binab şəhəri yaxınlığında tikilən Kavesoda kimyəvi zavodun zəhərləyici mayesinin Urmu gölünə axıdılması, 30 milyondan çox azərbaycanlının Ana dilində təhsil alma hüququndan məhrum edilməsi, Güney Azərbaycanda yaşayan türklərin bütün bu kimi qeyri- insani siyasətə qarşı kütləvi dinc etirazları və etirazlar zamanı bir çox milli fəalın qeyri-qanuni həbsi ilə bağlı dəqiq məlumatlar verilib. 

Həmçinin, GAMAC-nin sədri Qulamrza Səbri Təbrizinin təşəbbüsü ilə bu günə kimi Güney Azərbaycanda iran rejimi tərəfindən həbs olunmuş milli fəalları haqqında hazırlanmış kitab da Ə.Şəhidə təqdim edilib.

Bundan başqa Güney Azərbaycanın müxtəlif problemləri ilə bağlı 100 səhifəlik sənəd təqdim olunub. GAMAC Ə.Şəhiddən xahiş edib ki, onun İrana səfəri baş tutarsa bu məsələlər nəzərə alınsın və İran hökümətindən Azərbaycanlıların pozulmuş hüquqlarının təmin olunmasını tələb etsin. Ə.Şəhid bütün verilən faktların əhəmiyyətini nəzərə alaraq bu məsələlərə ciddi yanaşılacağı bildirilib.

17 Sentyabr, 2011  16:17 Baxılıb: 883

Bu bölmədə