Prezident “İcbari sığortalar haqqında” fərman imzaladı
İlham Əliyev “İcbari sığortalar haqqında” qanunun tətbiqi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcbari sığortalar haqqında” qanuna uyğunlaşdırılmasına dair təkliflərini prezidentə təqdim etmək, Nazirlər Kabinetinin aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, həmin qanunda nəzərdə tutulmuş icbari sığorta etdirilməli olan dövlət əmlakının siyahısını müəyyən etmək və bu barədə prezidentə məlumat vermək, qanunda nəzərdə tutulmuş ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi qaydasını müəyyən etmək və bu barədə prezidentə məlumat vermək, eləcə də qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
17 Sentyabr, 2011 15:59 ⁄ Baxılıb: 1173
Bu bölmədə5 Yanvar, 2023 Azərbaycan nefti kəskin ucuzlaşdı24 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşdı23 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Bu günə olan valyuta məzənnələri18 Noyabr, 2022 Azərbaycan nefti ucuzlaşmaqda davam edir |