Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev dünyanın diqqətini Qarabağa yönəltdi

“Münaqişənin həlli bütün ölkələrin marağında olmalıdır”

“Biz ümid edirik ki, yaxın zamanlarda bu ədalətsizliyə son qoyulacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaq, BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnaməsi icra ediləcək, beləliklə, Azərbaycan vətəndaşları doğma torpaqlarına qayıdacaqlar”.


APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçlə birgə mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, bu məsələ nəinki Azərbaycan üçün, bölgə üçün, dünya üçün də təhlükə mənbəyidir. “Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi bütün ölkələrin marağında olmalıdır”, - deyə Azərbaycan prezidenti vurğulayıb.

17 Sentyabr, 2011  15:41 Baxılıb: 792

Bu bölmədə