Simsar.az | bizi özünüzə Simsar bilin
MONTENEQRO PREZİDENTİ BAŞ NAZİR ARTUR RASİZADƏ İLƏ GÖRÜŞÜB

Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Prezidenti Filip Vuyanoviç sentyabrın 16-da Baş nazir Artur Rasizadə ilə görüşüb.

Ali qonağı ölkəmizdə görməkdən məmnun olduğunu deyən Baş nazir dövlətlərimiz arasında əlaqələrin bu səfərdən sonra daha da genişlənəcəyinə, eləcə də Azərbaycan-Monteneqro münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Baş nazir Artur Rasizadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də Monteneqro Prezidentinə ətraflı məlumat verib.

Monteneqro Prezidenti Filip Vuyanoviç regionun nüfuzlu dövləti olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduqlarını vurğuladı və Bakıya səfərinin qarşılıqlı münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini söyləyib. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün səmərəli keçdiyini, bir sıra mühüm sənədlərin imzalandığını deyən ali qonaq iki dövlət arasında münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

16 Sentyabr, 2011  23:53 Baxılıb: 802

Bu bölmədə