Simsar.az | bizi özünüzə Simsar bilin
İsrail prezidenti: "Ərdoğan dünyəvi və dini yolu sintez edir"

Türkiyə “sıfır problem” məsələsində çətinlik çəkəcək

İsrail prezidenti Şimon Peres Ukraynanın Yalta şəhərində keçirilən "Ukrayna və Dünya: Ortaq Təhlükələr, Ortaq Bir Gələcək" adlı konfransda Türkiyə ilə İsrail arasında problemin yaşanması üçün səbəb olmadığını söyləyib.

Simsar.az-ın “İhlas”a istinadən verdiyi xəbərə görə, o, dinləyicilərin Türkiyə-İsrail əlaqələrinin vəziyyəti haqqındakı suala cavabında deyib: “Məncə, Ərdoğanın hansı yol ilə getdiyini soruşmaq lazımdır - dünyəvi yol ilə, yoxsa, dini yol ilə?! Zənnimcə, o, hər ikisini sintez edir. Türkiyə xarici işlər nazirinin “sıfır problem" adlı böyük ideyası da heç də pis deyil. Başqalarının problemlərini həll etməyə çalışırsan, problem yoxdur kimi davrana bilirsən. Lakin öz problemlərini həll etməyə çalışsan, “sıfır problem” məsələsində çətinlik yaranacaq. Kipr məsələsini nümunə olaraq çəkə bilərəm".

Türkiyə ilə İsrail arasında soyuqluq yaşanması üçün səbəbin olmadığını söyləyən Ş.Peres bildirib: "Türkiyə digər müsəlman ölkələri ilə müqayisə edildiyi zaman fərqli ölkədir. Bu fərqliliyə hörmət edirəm. Aramızda psixoloji və ideoloji böhran var. Amma iki ölkə arasında ixtilaf yoxdur, çünki ortada səbəb yoxdur”.

Bildirək ki, konfransın açılışında çıxış edən Ukrayna prezidenti Viktor Yanukoviçi dinləyən Türkiyənin Aİ naziri və baş məsləhətçi Egemen Bağış Ş.Peresin çıxışı zamanı salonu tərk edib.

16 Sentyabr, 2011  22:01 Baxılıb: 887

Bu bölmədə