Simsar.az | bizi özünüzə Simsar bilin
Metyu Brayza Elmira Süleymanovanın qəbulunda

Səfir həbsdəki gənclərdən danışıb

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ombudsman səfirliklə insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini söyləyib.
Gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirməsi məqsədini daşıyan görüşdə səfir M. Brayza Azərbaycanda dinamik inkişaf proseslərinin getdiyini diqqətə çatdırıb.
Diplomat həbsdə olan Eynulla Fətullayevin bu yaxınlarda əfv olunaraq azadlığa buraxılmasını müsbət dəyərləndirib. Səfir həbs olunmuş Bəxtiyar Hacıyevin, Cabbar Savalanlının və b. hüquqlarının təmini vəziyyətinin monitorinqi, həmçinin vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi istiqamətində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə maraqlanıb. Müvəkkil dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

Görüşdə ABŞ səfirliyinin Siyasi işlər üzrə müşaviri B. Buchet iştirak edib.

16 Sentyabr, 2011  20:40 Baxılıb: 801

Bu bölmədə