Simsar.az | bizi özünüzə Simsar bilin
Fatmagülünün "suç"u bəlli oldu

Bardan çıxan aktrisa düymələrinin açılmasından belə xəbəri olmadı

“Fatmagülün suçu nə?” kinosunun iki əsas aktrisası Beren Saat və Esra Dermançıoğlu ötən axşam bardan çıxarkən jurnalistlərlə rastlaşıb.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisalar gecə yarısına kimi barda qalıblar. Çıxanda isə içkinin təsiri ilə kameralara əhəmiyyət verməyən cütlük istədikləri kimi davranıblar. Hərdən gülmək krizinə düşən Beren və Esra yıxılmamaq üçün bir-birindən tutaraq taksiyə kimi gediblər. Koftasının düymələrinin açıldığının fərqinə varmayan Beren Saat gördükdən sonra əliylə sinəsini örtmək istəyib. Yolda Beren Saata “Bihtər bacı” deyə səslənən küçə çalğıçıları sonradan “Fatmagül yengə, bir şorba pulu ver” deyiblər.

16 Sentyabr, 2011  19:40 Baxılıb: 1134

Bu bölmədə