Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanla Monteneqro arasında 4 sənəd imzalandı

Sentyabrın 16-da prezident İlham Əliyev Azərbaycana səfərə gələn Monteneqro (Çernoqoriya) prezidenti Filip Vuyanoviçlə həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıb.

AzərTAc xəbər verir ki, daha sonra Azərbaycan-Monteneqro sənədləri imzalanıb: “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Monteneqronun Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əmkədaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”.

16 Sentyabr, 2011  17:46 Baxılıb: 835

Bu bölmədə