Simsar.az | bizi özünüzə Simsar bilin
İki prezident açıqlama verdi

İlham Əliyev: "Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaqr"
Filip Vuyanoviç:"Hesab edirəm ki, iki ölkə arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini qoyacaq və inkişaf edəcək"

Sentyabrın 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

"Mən sizin hamınızı Azərbaycanda salamlayıram, xoş gəlmisiniz! Bu, Sizin Azərbaycana birinci səfərinizdir və bu, əlbəttə ki, ikitərəfli əlaqələrimizdə çox mühüm yer tutan bir səfərdir.
Bu səfər tarixdə qalacaq, çünki birinci rəsmi səfərdir. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri çox müsbət olacaqdır. Bizim ikitərəfli münasibətlərimiz çox uğurla və deyə bilərəm ki, çox böyük sürətlə inkişaf edir. Qısa müddət ərzində həm siyasi, həm iqtisadi sahələrdə məsləhətləşmələr aparılmışdır. Hər iki tərəf bu əlaqələrin inkişafı üçün dəyərli töhfələrini verir. Mən əminəm ki, bu gün aparılan və aparılacaq danışıqlar ölkələrimizi daha da yaxınlaşdıracaqr" Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev geniş tərkibli görüşdə çıxışı zamanı deyib.

Monteneqro Prezidenti Filip Vuyanoviç isə çıxışında səfərə dəvət etdiyinə görə Azərbaycan Prezidentinə dərin təşəkkürünü bildirib.

"Bir daha fürstədən istifadə edərək, Sizə dərin təşəkkürümü bildirirəm və öz nümayəndə heyətim adından Sizin nümayəndə heyətini səmimi qəlbdən salamlayıram. Bildiyiniz kimi, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilib və hesab edirəm ki, bu səfərimiz də əlaqələrimizin bundan sonra dərinləşməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verəcək. Hesab edirəm ki, iki ölkə arasında siyasi əlaqələr iqtisadi əlaqələrin bünövrəsini qoyacaq və inkişaf edəcək" Monteneqro Prezidenti çıxışında deyib.

16 Sentyabr, 2011  17:27 Baxılıb: 862

Bu bölmədə