Simsar.az | bizi özünüzə Simsar bilin
İki prezident bir arada

Dövlət başçıları beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar 

Sentyabrın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin təkbətək görüşü olub.


Simsar.az-ın məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulandı.

Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi.

Dövlət başçıları beynəlxalq və regional məsələlər barədə də fikir mübadiləsi apardılar.

16 Sentyabr, 2011  16:39 Baxılıb: 794

Bu bölmədə