Simsar.az | bizi özünüzə Simsar bilin
İordaniya da İsrailə qarşı çıxdı

Səfirlik mühasirəyə alındı

Sentyabrın 15-də İsrailin İordaniyadakı səfirliyinin binası yüzlərlə iordaniyalı tərəfindən mühasirəyə alınmağa başlayıb.

 Simsar.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, aksiyada iştirak edənlərin əksəriyyəti Müsəlman Qardaşları Hərəkatının üzvləridir. 

Aksiya iştirakçıları İsraillə sülh müqaviləsinin qüvvədən salınmasını, İsrail səfirinin Əmman şəhərindən çıxarılmasını tələb edirlər. İordaniya hakimiyyəti səfirliyin təhlükəsizliyini qorumaq üçün əraziyə zirehli maşınlarla təhlükəsizlik qüvvələri göndərib.

İordaniya hakimiyyəti Misirdə baş verənlərin bu ölkədə də təkrarlanmasından qorxur. Söhbət Qahirədə qəzəbli kütlənin İsrail səfirliyini ələ keçirməsindən gedir. Hazırda Əmman şəhərində İsrail səfirliyinin yerləşdiyi ərazi qapalı hərbi zona elan olunub.

16 Sentyabr, 2011  16:33 Baxılıb: 877

Bu bölmədə