Simsar.az | bizi özünüzə Simsar bilin
Türk ictimaiyyəti də İsrailə qarşı qalxdı

Futbol oyunu siyasət meydanına çevrildi

Dünən Türkiyədə "Beşiktaş" və "Makkabi" futbol klublarının görüşündən əvvəl İsrail əleyhinə nümayişlər keçirib. Bir neçə yüz Fələstin tərəfdarının keçirdiyi nümayişlərdə aksiyaçılar İsrail hökuməti əleyhinə şüarlar səsləndirərək, Fələstin dövlətinin qəhramanları və keçmiş liderlərinin həkk olunduğu plakatları yelləyiblər. Nümayişçilər bundan başqa Fələstinə yardım daşıyan Türkiyə gəmisinə basqın zamanı Türkiyə vətəndaşlarının öldürülməsinə görə İsrail hökumətinin rəsmi şəkildə üzr istəməsini bir daha tələb ediblər.

Nəticəsi "Makkabi" üçün heç də münasib olmayan matçdan sonra İsrail klubunun məşqçisi təkcə idmana dair suallara cavab verməli olmayıb.

“Biz futbol klubuyuq. Bura futbol oynamağa gəlmişik. Bizim heç bir siyasi marağımız yoxdur. Bizi oyundan əvvəl peşəkar nöqteyi-nəzərindən ən yüksək səviyyədə qarşıladılar. Belə də olmalı idi. Klub heyətinin qəbulunu təşkil edənlərə öz minnətdarlığımı bildirmək istərdim”, məşqçi Mordehayr İvanir bildirib.

Qeyd edək ki, oyundan sonra heç bir insident qeydə alınmayıb. Oyun 5-1 "Beşiktaş"ın xeyrinə başa çatıb.

16 Sentyabr, 2011  15:39 Baxılıb: 903

Bu bölmədə