Simsar.az | bizi özünüzə Simsar bilin
“Beşiktaş” “Xəzər Lənkəran”nın qisasını “Makkabi”dən aldı

Türkiyə təmsilçisi 5:1 hesablı qələbə ilə sözünü dedi

Çempionlar Liqasının ardınca UEFA Avropa Liqasında da 2011/12 mövsümünün qrup mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasından sonra qitənin ən baxımlı klub turniri olan Avroliqada bütün görüşlər eyni gündə keçirilib.

Bu qarşılaşmalar arasında azərbaycanlı futbolsevərləri yaxından maraqlandıran bir qarşılaşma da vardı. Bu, qardaş Türkiyənin “Beşiktaş” klubunun İsrail “Maccabi”si ilə oyunuydu. Təl-Əviv təmsilçisi “Xəzər Lənkəran”ı bu turnirdən kənarlaşdırdığından, hamımız “qara qartal”ın layiqli qisas almasını gözləyirdik. Türkiyə təmsilçisi 5:1 hesablı qələbə ilə həm "Xəzər Lənkəran"ın qisasını almış oldu, həm də gərgin münasibətlərdə olduğu İsrailə bir növ ölkəsinin gücünü göstərdi.

“Qarabağ”ın yolunu kəsən Belçika “Brugge”si isə doğma meydanda “Maribor”la qarşılaşdı və 2 cavabsız qolla qələbə qazandı

16 Sentyabr, 2011  15:39 Baxılıb: 997

Bu bölmədə