Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT ADMİNİSTRASİYASI NAZİRLİKLƏRƏ TAPŞIRIQ VERDİ

Administrasiya tərəfindən bütün nazirlik və komitə rəhbərlərinə ölkə vətəndaşlarının dövlət strukturlarına müraciət etməsini və birbaşa əlaqəsini asanlaşdırma tapşırığı verildi

APA-nın hökumətdəki mənbədən əldə etdiyi məlumata görə, tapşırıqda indiyədək nazirlik və komitələrdin saytlarında vətəndaşların müraciətlərini asanlaşdıran məqamların olduğu, bununla belə, zəruri addımların atılmasının, sistemli qaydada işlər görülməsinin vacibliyi vurğulanıb.

Beləliklə, nazirlik və komitələrin rəhbərlərinə müvafiq internet resurslarda (hər bir qurumun rəsmi saytında) rəhbər şəxslər tərəfindən vətəndaşların qəbul günlərinin, vətəndaşların müraciət etməsi üçün bölümlərin yaradılması və s. məlumatların yerləşdirilməsi tapşırılıb.

APA-nın nazirlik və komitələrin rəsmi saytlarında apardığı müşahidələrə əsasən, qurumların əksəriyyəti artıq tapşırığı yerinə yetirib.

16 Sentyabr, 2011  04:35 Baxılıb: 909

Bu bölmədə