Simsar.az | bizi özünüzə Simsar bilin
ERMƏNİSTANDA 56 MİN ÖLÜ SEÇKİDƏ SƏS VERİB

Qurgen Yeqhizaryan seçkilrdə 56 min ölmüş insanın adından səs verildiyini və Ermənistanı tərk edən şəxslərin adlarının secici siyahısından çıxarılmadığını qeyd edib

Ermənistanda 2012-cu ilin may ayında növbəti parlament seçkiləri keçiriləcək. Bundan əvvəlki keçirilən seçkilərdə saxtakarlıqlarla bağlı ortalığa çıxan faktlar, ölkə ictimaiyyətində gərginliyə səbəb olub.
Ermənistanın Milli Konqresinin nümayəndəsi Qurgen Yeqhizaryan news.am saytına müsahibə verərkən, seçkilərdə Erməni xalqının iqtidar tərəfindən aldadıldığını bildirib. O, seçkilərdə nəzarət komissiyalarının təşkil olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti tərəfindən seçkilərdə səslərin saxtalaşdırıldığını qeyd edib. Yeqhizaryan seçkilərdə 56 min ölmüş insanın adından səs verildiyini və Ermənistanı tərk edən şəxslərin adlarının secici siyahısından çıxarılmadığını qeyd edib. Həmçinin o, 2008-ci il mart ayının 1-də seçkilərlə bağlı baş vermiş etirazları yatırdmaq üçün iqtidarın şəhərə ordu daxil etdiyini bir daha təsdiq edib. Yeqhizaryan Yerevan və Ermənistanın digər 600 bölgəsində 3 saat içərisində səslərin saxtalaşdırıldığını qeyd edərək, bütün, boş qalmış səs yerlərinin doldurulduğunu bildirib.
Qeyd edək ki, Yeqhizaryanın bu açıqlamasından sonra ölkə müxalifətinin etirazları daha da artıb.

16 Sentyabr, 2011  01:45 Baxılıb: 859

Bu bölmədə