Simsar.az | bizi özünüzə Simsar bilin
RUSİYA UKRAYNAYA SATDIĞI QAZIN QİYMƏTİNİ ARTIRIR

Rusiya Ukraynaya satdığı təbii qazın dəyərini bu ilin IV rübündə 12% artıraraq hər min kubmetrə görə 398 dollara çatdıracaq.

Ukrayna hökumətindəki mənbələr bu barədə qərarın oktyabr ayının əvvəlində elan ediləcəyini bildirib.

Qeyd edək ki, bu ilin I rübündə Ukrayna Rusiya qazını 264 dollara, II rübündə 295 dollara alıb. Hazırda iki ölkə arasında davam edən qaz mübahisəsinin səbəbi Kiyevin Moskvadan aldığı qazın həcmini 1/3 həə - 40 mlrd. kubmetrdən 27 mlrd. kubmetrə qədər azaltmaq niyyətidir. “Qazprom” şirkəti isə hesab edir ki, hazırda qüvvədə olan müqavilələr Ukraynanın üzərinə aldığı qazın həcmindən asılı olmayaraq, ildə ən azı 33 mlrd. kubmetr qazın dəyərini ödəmək öhdəliyi qoyur.

Bu mübahisə fonunda Ukraynanın baş naziri Nikolay Azarov “Qazprom”la müqaviləni imzalamış “Naftoqaz-Ukraina” şirkətinin ləğv ediləcəyini və bütün müqavilələrə yenidən baxılacağını bəyan edib. Buna cavab olaraq Rusiya baş naziri Vladimir Putinin mətbuat katibi Dmitri Peskov müqavilələrə yenidən baxılmasının yalnız “Naftoqaz-Ukraina” şirkəti “Qazprom” şirkətinə birləşdiriləcəyi halında mümkün olacağını bildirib: “Ləğv edilən şirkətin hüquqi varisi həm də mövcud müqaviləni yerinə yetirərək Rusiya qarşısında öhdəliklərinə əməl etməlidir”.

15 Sentyabr, 2011  23:44 Baxılıb: 924

Bu bölmədə