Simsar.az | bizi özünüzə Simsar bilin
Oqtay Şirəliyev: "Bizə böyük etimad göstəriblər"

Oqtay Şirəliyev: "Bizə böyük etimad göstəriblər"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyasına Azərbaycanın ev sahibliyi etməsi, Azərbaycan nümayəndə heyətinin sessiyada sədrlik etməsi Azərbaycanın inkişafının bütün dünyaya çatdırılması deməkdir”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə səhiyyə naziri Oqtay Şirəliyev verib. Nazir bildirib ki, sessiya çərçivəsində nümayəndə heyətləri Azərbaycanın bir çox tibb müəssisələrində olublar: “Onlar xəstələrlə və həkimlərlə sıx ünsiyyət qurub, Azərbaycan səhiyyəsinin çox qısa vaxtda belə yüksək səviyyədə inkişaf etdiyinin şahidi olublar.”

O. Şirəliyev deyib ki, Azərbaycanın ÜST İcraiyyə Komitəsinə üzv seçilməsi böyük hadisədir: “İcraiyyə Komitəsinə 32 ölkə üzvdür. Ölkəmiz 2005-2008-ci ildə məhz İcraiyyə Komitəsində iştirak edirdi. 2009-2001-ci ildə ÜST Avropa regionunun daimi komitəsinin nümayəndəsi idi. İndi də İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərəcək. Neçə illərdir Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının rəhbər strukturlarında çalışır, bu bizə böyük etimaddır”.

Qeyd edək ki, ÜST Avropa Regional Bürosunun 62-ci sessiyası gələn il sentyabrın 10-13-də Maltada keçiriləcək.

15 Sentyabr, 2011  21:44 Baxılıb: 1207

Bu bölmədə