Simsar.az | bizi özünüzə Simsar bilin
İLHAN MANSIZ SERİALA ÇƏKİLİR

Məşhur futbolçu serial biznesinə girişib

Türkiyənin məşhur futbolçusu İlhan Mansız serial biznesinə girişib.Mansız “Üzləşmə” adlı serialında baş rolu Paşhan Yılmaz adlı aktyorla bölüşəcək. Biri-birindən xəbərsiz olan iki qardaşın həyatından bəhs edən filmin yayımlanması üçün artıq bir neçə kanalla danışıqlara başlanılıb.

Serialda İ.Mansız eyni ilə “Kuzey Güney” serialında olduğu kimi bir küçə döyüşçüsü obrazını canlandıracaq. Kinonun rejissoru Şenol Sönmez yeni sezona iddialı girişlə başlayan “Güney Kuzey” serialından sonra iki qardaşın həyat hekayəsindən bəhs edən “Üzləşmə”nin ekran başına böyük tamaşaçı toplayacağını bildirib.

Çəkilişlərinə bir həftə sonra Berlində başlanacaq filmin dekabr ayında yayımlanması nəzərdə tutulur.

Xatırladaq ki, İ.Mansız Türkiyə Milli Komandasının heyətində 2002-ci ildə Yaponiya və C.Koreyada keçirilən futbol üzrə Dünya Çempionatında Dünya üçüncüsü olub. Milli komandada oynadığı 38 oyunda 7 qol vuran İ.Mansız adıçəkilən Mundialda Seneqal yığmasına 94-cü dəqiqədə vurduğu qol sayəsində bütün dünyada tanınmışdı.

15 Sentyabr, 2011  20:51 Baxılıb: 1082

Bu bölmədə