Simsar.az | bizi özünüzə Simsar bilin
Küçədə namaz qılanlara qadağa tətbiq edildi

Fransa polisi belələrinə güc tətbiq edəcəyini bildirdi

Fransada küçədə namaz qılmaq qadağan olundu.Bu barədə “Le Fiqaro” qəzetinə məlumat verən Daxili işlər naziri Claude Guéant,Fransada, xüsusilə də Parisdə, Marsilya və Nice şəhərlərində Cümə namazı zamanı ətrafda yaşayan insanların narahatlıq keçirdiklərini bildirib.  

Küçədə namaz qılmağın dinə qarşı sayğısızlıq kimi qiymətləndirən nazir müsəlmanları dini dəyərlərə və qanunlara hörmətlə yanaşmalarının vacibliyini bildirib: “Qanun qüvvəyə mindikdən sonra küçədə namaz qılmaq qadağan olunacaq və lazım gələrsə güc tətbiq ediləcək”.

Fransa hökuməti həmçinin müsəlmanlara namaz qılmaq üçün yeni məscidlər tikməyi planlaşdırır.
Simsar

15 Sentyabr, 2011  20:51 Baxılıb: 883

Bu bölmədə