Simsar.az | bizi özünüzə Simsar bilin
Liviyada Ərdoğana tərif yağdırdılar

"Ərdoğan və türk xalqı İslam dünyasında lider mövqedədir"

Liviya Milli Keçid Şurasının (MKŞ) sədri Mustafa Abdel Cəlil Türkiyənin Baş nazir Rəcəb Tayyib Ərdoğanın sentyabrın 16-da Libya səfərini “tarixi” hadisə kimi xarakterizə edib. O deyib: "Hörmətli cənab Ərdoğanın Yaxın Şərqdə və İslam dünyasında üzərinə götürdüyü vəzifə çox əhəmiyyətlidir. Cənab Ərdoğan və Türk xalqı İslam dünyasında lider mövqedədir”.

Simsar.az  “Cihan”a istinadən verdiyi xəbərə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğanın ziyarətindən əvvəl Tripolidə türk jurnalistləri qəbul edən Mustafa Abdel Cəlil Türkiyənin yalnız Liviya deyil, Somali və Fələstin mövzusunda göstərdiyi həssaslıqdan məmnun olduğunu söyləyib: “Türkiyənin bu məsələdə tutduğu mövqe və yeritdiyi siyasət onun ərəb dünyasında Osmanlı dövründəki etibarını yenidən qazandırır”.

A.Cəlil Qəddafinin iqtidarı dövründə imzalanmış razılaşmaları yerinə yetirəcəklərini və sığorta sisteminə bağlı olan türk şirkətlərinə zərərinin ödənəcəyi ilə bağlı də söz verib.

15 Sentyabr, 2011  20:15 Baxılıb: 959

Bu bölmədə