Simsar.az | bizi özünüzə Simsar bilin
Sahibkarlar Konfederasiyasının keçmiş sədrinə vəzifə verdilər

Ələkbər Məmmədov nazirin müşaviri oldu

Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının (ASMK) keçmiş rəhbəri Ələkbər Məmmədov ölkənin vergilər nazirinin müşaviri təyin olunub. Bu barədə Məmmədov özü Trend-ə bildirib.

Ələkbər Məmmədov ASMK-ya 10 il ərzində, 2010-cu ilədək rəhbərlik edib.

Məmmədovun sözlərinə görə, o artıq vergilər nazirinin beynəlxalq əlaqələr və vergi ödəyicilərinə xidmət üzrə müşaviri vəzifəsinin səlahiyyətlərinin icrasına başlayıb.

"Biz Azərbaycana xarici təcrübənin cəlb edilməsi, eləcə də vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahəsində işləri davam etdirəcəyik", - o deyib.

15 Sentyabr, 2011  18:53 Baxılıb: 1008

Bu bölmədə