Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifət 15 sentyabrı andı

İctimai Palatanın üzvləri Türk şəhidliyini ziyarət etdi

Bu gün İctimai Palatanın üzvləri Bakının Türkiyə ordusu tərəfindən erməni işğalından azad olunmasının 93-cü ildönümü ilə bağlı Türk şəhidliyini ziyarət ediblər. Mərasimdə İctimai Palatanın rəhbərliyi adında İsa Qəmbər və Əli Kərimli çıxış edib.

Reportyorumuzun ziyarət mərasimindən verdiyi xəbərə görə, Müsavat başqanı İsa Qəmbər öz çıxışında deyib ki, Azərbaycanın Bakını öz qanıyla, canıyla düşmənlərdən xilas edən türk əsgərlərinə minnət borcu var: "Bu gün Bakının xilası, qurtuluşu günü kimi bütün ölkə ərazisində qeyd olunmalıdır".

İ.Qəmbər onu da bildirib ki, iqtidarda hansı qüvvələrin olmasında asılı olmayaraq Azərbaycan-Türkiyə dostluğu əbəbdidir və bu Türk şəhidliyindəki abidə həmin qardaşlığın simvoludur.  

AXCP sədri Əli Kərimli bildirib ki, heç bir dövlət özbaşına yaranmır, dövlətlərin yaranması, oturuşması üçün mütləq qurbanlar vermək lazım gəlr və qəhrəman türk əsgərlərinin rolu böyükdür.

Ə.Kərimli də Türkiyə-Azərbaycan münasibətlərinin iqtidarda kimlərin olmasında asılı olmayaraq həmişə qardaşlıq, dostluq müstəvisində olmalı olduğunu qeyd edbi və bildirib ki, Türkiyənin Azərbaycana kömək etməsi ilə yanaşı, bir sıra məqamlarda Azərbaycan da Türkiyəyə kömək etməlidir. 

Reportyorumuzun verdiyi xəbərə görə, çıxış edən liderlər Türkiyə-Azərbaycan dostluğuna dair mesajlar verib, tarixi nailiyyətin əhəmiyyətini qeyd ediblər.

Türk şəhidliyini ziyarət mərasimində İctimai Palatanın 700-dən artıq üzvü və tərəfdarları iştirak edib.

15 Sentyabr, 2011  18:42 Baxılıb: 878

Bu bölmədə