Simsar.az | bizi özünüzə Simsar bilin
Səfir ABŞ Nümayəndələr Palatasına müraciət etdi

Məzmun belədir: Ermənilərin məkrinə aldanmayın

ABŞ Konqresindəki “Erməni məsələləri üzrə işçi qrup”, Ermənistanın ABŞ-dakı səfirliyi və bir sıra Amerika erməni təşkilatlarının qondarma “DQR” ilə bağlı sentyabrın 13-də Vaşinqtonda keçirdiyi tədbirə etiraz əlaməti olaraq, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev sentyabrın 11-də Konqresin Nümayəndələr Palatasının 435 üzvünün hamısına məktubla müraciət edib.


Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, məktubda Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı, bu işğal nəticəsində yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktları qeyd olunub, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin heç bir dövlət tərəfindən tanınmadığı nəzərə çatdırılıb.


Bu tədbirin təşkilatçılarının Konqres üzvlərinin və ABŞ ictimaiyyətinin diqqətini Azərbaycan torpaqlarının işğalından yayındırmaq, işğalın nəticələrini möhkəmləndirmək məqsədi güddükləri vurğulanıb. Yaşar Əliyev bunları nəzərə alaraq, konqresmenləri ABŞ-ın strateji tərəfdarı olan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu tədbirdə iştirak etməməyə çağırıb.

15 Sentyabr, 2011  18:26 Baxılıb: 791

Bu bölmədə