Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Türkiyəyəyə gedəcək

Türkiyə ilə Azərbaycan arasında Yüksək Əməkdaşlıq Şurasının toplantısı ən geci noyabrın 15-də keçiriləcək

Bu gün Bakının azad olunmasınının 93-cü il dönümü ilə bağlı Türkiyə səfirliyində keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Hulusi Kılıç “Şəhidlər” kitabını imzalayıb.

Simsar.az-ın məlumatına görə, səfir çıxışında bildirib ki, Türkiyə və Azərbaycan var olduqca şəhidlərimiz anılacaq. Səfir deyib ki, iki ölkə arasındakı əlaqələrin sağlam təməli var. 

Hulusi Kılıç jurnalistlərə açıqlamasında qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında Yüksək Əməkdaşlıq Şurasının toplantısı ən geci noyabrın 15-də keçiriləcək. Səfirin sözlərinə görə, tədbir çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.

Səfir onu da vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında qaz sazişinin bu ayın sonunda imzalanması nəzərdə tutulur: “Sazişin imzalanmasına 15 gün qalsa da, texniki məsələlərinm müzakirəsi hələ də davam edir”.

Ukrayna ilə Türkiyə arasında viza rejiminin ləğz olunması ilə bağlı danışarkən isə səfir bildirib ki, vizanın ləğv olunması bu ilin son una nəzərdə tutulur.

15 Sentyabr, 2011  18:13 Baxılıb: 1990

Bu bölmədə