Simsar.az | bizi özünüzə Simsar bilin
Xarici İşlər Nazirliyindən Ermənistana qarşı bəyanat

“Qondarma “seçkilər” Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədilə təşkil edilir”

Ermənistanın kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində bu il sentyabrın 18-də “yerli özünü idarəetmə orqanlarına” “seçkilər” keçirmək nəzərdə tutulub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı Xarici İşlər Nazirliyi bəyanat verib.

Xarici İşlər Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim Ermənistan Respublikası tərəfindən bölgənin azərbaycanlı icmasına qarşı etnik təmizləmə siyasəti nəticəsində yaradılmış qanunsuz strukturdur. Qondarma “seçkilər” Ermənistanın işğalçı siyasətini ört-basdır etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirmək məqsədilə təşkil edilir.

Azərbaycan Respublikası Ermənistan tərəfini heç bir perspektiv vəd etməyən qanunsuz destruktiv addımlarını dayandırmağa və bunun əvəzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə davamlı nizama salınması üçün danışıqlar prosesində xoş niyyət və konstruktiv mövqe nümayiş etdirməyə çağırır.

15 Sentyabr, 2011  17:50 Baxılıb: 789

Bu bölmədə