Simsar.az | bizi özünüzə Simsar bilin
Qadın güləşçilərimiz medallar qazandı

Bir gümüş, bir bürünc

2009-cu il dünya çempionatının qalibi və üçqat Avropa çempionu Mariya Stadnik (48 kq) finalda yaponiyalı Hitomi Obara Sakamotoya 3 hissə davam edən mübarizə nəticəsində yenilib – 3:2, 0:1, 0:1.

Bürünc medala isə Patimat Baqomedova (51 kq) layiq görülüb. Baqomedova 3-cü yer uğrunda görüşdə hindistanlı Rathi Nenanı məğlub edib – 1:0, 1:0.

Lakin bu iki qadın güləşçimizdən yalnız Mariya Stadnik London olimpiadasına lisenziya qazanıb. Çünki 48 kq-dan fərqli olaraq, 51 kq olimpiya çəkisi sayılmır.

Sentyabrın 14-də son yunan-Roma güləşçimiz Rafiq Hüseynov (74 kq) da mübarizəyə qoşulub. Lakin o, ¼ finalda uduzaraq medalsız qalıb. Beləliklə, “klassik” güləşçilərimiz dünya çempionatını bir qızıl medal və London olimpiadasına 2 lisenziya ilə başa vurublar. Yunan-Roma güləşi üzrə yığmamızın 7 üzvü ümumilikdə 21 xal toplayıb və çempionatı Bolqarıstanla birgə 6-cı pillədə başa vurub. Millimiz Rusiya (41 xal), Türkiyə (35), İran (30), Belarus (25) və Qazaxıstandan (23) geri qalıb.

Qeyd edək ki, dünya çempionatının ilk üç günündən sonra Azərbaycanın aktivində bir dəst medal var. Çempionatın ilk günündə yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) qızıl medal qazanıb.

15 Sentyabr, 2011  17:13 Baxılıb: 1061

Bu bölmədə