Simsar.az | bizi özünüzə Simsar bilin
Arif Hacılının azad olunmasını asan hüquqi yolu var

Osman Kazım: “Məhkəmə vəsatət əsasında həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edə bilər”

2 aprel mitinqinə görə həbs olunan şəxslərin azadlığa buraxılması tələbi və xahişi ilə hakimiyyətə müraciətlərin sayı artır. Müraciətdə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının azadlığa buraxılmasının vacibliyi xüsusilə vurğulanır.

A.Hacılının Azərbaycanın müstəqilliyində xüsusi rolu olmuş şəxslərdən - istiqlalçı deputatlardan biri olduğu qeyd edilir. “İslahat” deputat qrupu da Arif Hacılının azad olunması çağırışını ediblər.

Tanınmış vəkil Osman Kazıma görə, Azərbaycanın müstəqilliyinə səs vermiş, müstəqilliyin əldə olunması üçün həyatını riskə atmış bir insanı 233-cü maddə ilə - o maddə ki, sanksiyasında cərimə cəzası var-həbsdə saxlamaq Azərbaycan üçün ayıbdır: “Arif Hacılı ictimai təhlükəli şəxs deyil, əksinə, cəmiyyətdə tanınan nüfuzlu şəxsdir, Azərbaycan parlamentinin üzvü olub, yüksək məsul dövlət vəzifəsində işləyib, çoxlarının kənara çəkildiyi bir zamanda dövlət müstəqilliyinə səs vermiş bir adamdır”.

O.Kazım qeyd edib ki, A.Hacılının azadlığa buraxılması üçün çox asan hüquqi yol var: “Məhkəmə vəsatət əsasında həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edə bilər. Ancaq daha yaxşı olar ki, məhkəmə ümumiyyətlə cinayət işinə xitam verib onları azad etsin”.

Ramil

15 Sentyabr, 2011  16:52 Baxılıb: 816

Bu bölmədə