Simsar.az | bizi özünüzə Simsar bilin
Deputatlar toplandı

Bu gün Milli Məclisin payız sessiyası başlayır

Bu gün Milli Məclisin payız sesiyası işə başlayır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Simsar.az-a bildirib ki, payız sesiyasında bir neçə qanun layihəsinin müzakirəsi gözlənilir. Belə ki, İqtisadi siyasət komitəsi və Dövlət quruculuğu və huquq-siyasəti komitəsi birlikdə Tikinti Məcəlləsi, şəhərsalma problemlərinə həsr olunmuş qanunları muzakirə edəcək. Eyni zamanda yubanan Rəqabət Məcəlləsi də payız sessiyasında müzakirə olunacaq.

Komitə sədri deyib ki, İqtisadi siyasət komitəsinin təşəbbüsü ilə bir sıra qanunların monitorinqi də aparılır. “İstehlakçı huquqlarının qorunması” və “Reklam haqqında” qanunlar vaxtilə qəbul edilib. Müasir şəraitdə hər iki qanunun yenidən müzakirəsinə ehtiyac var.

15 Sentyabr, 2011  16:34 Baxılıb: 985

Bu bölmədə