Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafi kömək istədi

Diktator doğulduğu şəhərin dərdini çəkir

Devrilmiş diktator Müəmmər Qəddafi BMT Təhlükəsizlik Şurasına müraciət edib. Suriyanın “Arrai” televiziyası ilə yayılan müraciətdə Qəddafi doğulduğu Sirt şəhərini NATO-nun hücumlarından qorumağa çağırıb.

42 il hakimiyyətdən sonra bu il avqustun 23-də devrilərək paytaxt Tripolidən qaçan Qəddafinin harada olduğu bilinmir. Ona sadiq qüvvələr Sirt, Ben Valid, Səba şəhərlərini əldən buraxmır, Liviya üsyançıları və NATO ilə döyüşləri davam etdirirlər.

“Media forum” saytının məlumatına görə, sentyabrın 14-də BMT-yə müraciəti yayılan Qəddafi NATO-nu Sirt şəhəri və onun ətrafında terror, dağıntı törətməkdə günahlandırıb. O, dünya ictimaiyyətini Sirtin dinc əhalisini tək qoymamağa, “cinayətləri dayandırmağa” səsləyib.  

Liviyada hakimiyyəti götürmüş Milli Keçid Şurası isə Qəddafi tərəfdarlarını Sirt ətrafına tanklarla hasar çəkərək dinc əhalinin şəhərdən çıxmasına imkan verməməkdə qınayıb.

15 Sentyabr, 2011  16:34 Baxılıb: 957

Bu bölmədə