Simsar.az | bizi özünüzə Simsar bilin
ƏRDOĞAN MİSİRDƏN TUNİSƏ GETDİ

Türkiyənin baş naziri Liviyaya da gedəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Tunisə səfəri başlayıb. ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hökumət başçısı Tunisə Misirdən yollanıb. O, Qahirədə Misirin faktiki rəhbəri, marşal Məhəmməd Tantavi, baş nazir İsam Şərif, Ərəb Ölkələri Liqasının baş katibi Nabil əl-Ərəbi və Fələstin dövlətinin lideri Mahmud Abbasla görüşüb.


Rəcəb Tayyib Ərdoğan Tunisə səfəri çərçivəsində ölkənin vitse-prezidenti və baş naziri ilə danışıqlar aparacaq.

Bu gün Türkiyənin baş naziri Liviyaya yola düşəcək. O, Tripolidə Milli Keçid Şurasının başçısı Mustafa Abdel Cəlillə görüşəcək.

15 Sentyabr, 2011  16:17 Baxılıb: 842

Bu bölmədə