Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə Fələstin bayrağına qadağa

Azərkeşlər qadağaya məhəl qoymayacaqlar

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) oyununda stadiona Fələstin bayraqlarını aparmaq qadağan olunub. Lakin "Beşiktaş" fanatlarının qadağaya məhəl qoymaq niyyəti yoxdu.
"Beşiktaş" fan-klublarına yaxın mənbə Fanat.az-a bildirib ki, azarkeşlər Fələstinə dəstək vermək niyyətindədi. Bu səbəbdən sabahkı qarşılaşmada "Beşiktaş" azarkeşləri İsrailin tanımadığı dövlətin bayraqlarını "İsmet İnönü" stadionuna aparacaq. Bayraqları arenaya keçirmək üçün azarkeşlər xüsusi plan hazırlayıb və təhlükəsizlik qüvvələrinin onları tapması demək olar ki, qeyri-mümkün olacaq.
Qeyd edək ki, son günlər Türkiyə və İsrail arasında siyasi gərginlik son həddə çatıb. İki dövlət arasında diplomatik münasibətlər demək olar ki, dondurulub, əlaqələr ikinci katiblik səviyyəsinə endirilib. İsrailin humanitar yardım daşıyan "Mavi Mərmərə" gəmisinə hücumunu bağışlamayan və Qəzza bölgəsinin blokadadan çıxarılmasını tələb edən Türkiyə tələbləri yerinə yetirilməyiqcə, əməkdaşlığı bərpa etməyəcəyini açıqlayıb. Bu səbəbdən hətta "Beşiktaş" - "Makkabi" oyununun baş tutması belə sual altına düşmüşdü.
Onu da xatırladaq ki, Türkiyə və Ermənistan yığmaları arasında keçirilən oyunda stadiona Azərbaycan bayraqlarının aparılması qadağan olunmuşdu. Lakin həmin vaxt azarkeşlər Azərbaycan bayraqlarını stadiona keçirə bilmişdi.

15 Sentyabr, 2011  15:58 Baxılıb: 1008

Bu bölmədə