Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ və Azərbaycan əsgərləri birgə təlimdə

Təlimlər Amerikada keçiriləcək

Azərbaycan və ABŞ hərbçiləri birgə təlimdə iştirak edəcəklər.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Simsar.az-a bildiriblər ki, Azərbaycan-ABŞ iş planına əsasən sentyabrın 19-23-ə qədər Hərbi Dəniz Qüvvələrinin mühəndisliyə dəstək bölməsinin təlimi keçiriləcək.

Hərbi təlim ABŞ-ın Boston, Massaçusets Ştatında keçiriləcək.

Azərbaycan və ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq münasibətləri mövcuddur.

15 Sentyabr, 2011  15:47 Baxılıb: 827

Bu bölmədə