Simsar.az | bizi özünüzə Simsar bilin
TÜRKİYƏ VƏ ABŞ RƏM SİSTEMİ İLƏ BAĞLI MÜQAVİLƏ İMZALADILAR

Sentyabrın 14-də Ankara və Vaşinqton arasında Türkiyə ərazisində NATO-nun raket əleyhinə müdafiə radarının yerləşdirilməsi haqqında memorandum imzalanıb.

Radiolokasiya stansiyası ölkənin cənub-şərqindəki Malatya şəhərində Suriya ilə sərhədin yaxınlığında tikiləcək.

Bundan bir gün öncə NATO RƏM elementlərinin Rumıniyada yerləşdirilməsi barədə ABŞ-da müqavilə imzalanıb. İlin sonunadək Türkiyədə AN/TPY-2 THAAD (Terminal High Altitude Area Defense) dərəcəli RLS mobil sistemi yerləşdiriləcək. Radar İran ərazisindən raketlərin buraxılmasından erkən xəbərdar edilməsi sistemi qismində Avropa radar sisteminin tərkibinə daxil olacaq. Türkiyədə yerləşdirilən RLS Amerika kreyserlərinə yaxınlaşan təhlükə barədə məlumatlar ötürəcək. Kreyserlər isə öz növbəsində raketləri ələ keçirəcəklər.

Qeyd edək ki, NATO 2010-cu ildə keçirilmiş Lissabon sammitində İranın uzaq mənzilli raketlərindən müdafiə məqsədilə yeni PRO sistemi elementlərinin yerləşdirilməsi barədə qərarı qəbul edib.

15 Sentyabr, 2011  01:27 Baxılıb: 916

Bu bölmədə