Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənilərdən sərsəm xəbər

Guya Azərbaycanın pilotsuz təyyarəsi vurulub

Azərbaycanın işğal olunmuş ərazisində qurulmuş separatçı Dağlıq Qarabağ rejiminin “müdafiə nazirliyi” adlandırdığı qurum məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 12-si saat 7:30-da rejimin hava hücumundan müdafiə qüvvələri Azərbaycanın pilotsuz təyyarəsini vurub.

“Media forum” saytının məlumatına görə, Martuni rayonunun (Xocavənd) Vazgenaşen kəndi üzərində vurulduğu iddia olunan təyyarənin bir qalığının Dağlıq Qarabağdakı işğalçı birləşmələrdə olduğu bildirilir.

Separatçılar internetdə fotoşəkillər yayaraq bunun Azərbaycana məxsus pilotsuz təyyarənin qalığının şəkli olduğunu iddia ediblər.

Qarabağ Hərbi Prokurorluğundan “Trend”ə verilən açıqlamada ermənilərin yaydığı xəbər təkzib edilib.

14 Sentyabr, 2011  21:59 Baxılıb: 936

Bu bölmədə