Simsar.az | bizi özünüzə Simsar bilin
Çində manyak

O, 6 nəfəri baltaladı

Bu gün səhər saatlarında Çinin Xenan əyalətinin Quni şəhərində dəhşətli olay baş verib.

Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bir çinli balta ilə uşaq bağçasına hücum çəkib. 

O, bağçaya uşaq qoyan 3 valideyni, o cümlədən 1 uşağı balta ilə öldürüb. Bir valideyn və 1 uşaq isə yaralanıb. Cinayətkar hadisə yerində yaxalanıb. İlkin məlumata görə, cinayətkar psixi problemlərdən əziyyət çəkən bir kəndlidir.

14 Sentyabr, 2011  17:55 Baxılıb: 980

Bu bölmədə