Simsar.az | bizi özünüzə Simsar bilin
Səlim Müslümov Türkiyəyə gedir

Nazir möhtəbər tədbirə qatılıb

2011-ci il 13 sentyabr tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib.

Dövlət Sosial Müdafiə Fondununun mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, fondun sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti də iclasda iştirak edib. İclas zamanı Assosiasiyanın Avropa Şəbəkəsi çərçivəsində 2011-ci ilin aprel və iyun aylarında Stokholm və Bakı şəhərlərində keçirilmiş seminarların nəticələri, Avropa Şəbəkəsinin gələcək planları müzakirə olunub. Müzakirələr zamanı Şəbəkənin 2011-2013-cü illər üzrə iş planına dəyişikliklər olunub. Bundan başqa, Türkiyə Respublikasının və Norveç Krallığının sosial müdafiə qurumlarının BSTA Avropa Şəbəkəsinin Rəhbər Komitəsinə üzv qəbul olunması barədə müzakirələr aparılıb. 

Qeyd edək ki, 2004-cü ilin sentyabrında Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir və yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

14 Sentyabr, 2011  17:08 Baxılıb: 910

Bu bölmədə