Simsar.az | bizi özünüzə Simsar bilin
Əhmədinejad Azərbaycan sərhəddində

İran prezidentinin səfəri cümə günü bitəcək

İran Prezidenti Mahmud Əhmədinejad bu gün İranın Azərbaycanla sərhəddə yerləşən Ərdəbil ostanına səfər edib. Bu barədə Trend İranın "Radiopayam" radiosuna istinadən məlumat verir.

Məlumata əsasən, Əhmədinejad səfərin ilk günü Ərdəbil ostanının Xalxal, Kövsər, Nir şəhərlərinə, ikinci gün isə Azərbaycanla sərhəddə yerləşən Biləsuvar, Parsabad, Germi, Meşkinşəhr və Nəmin şəhərlərinə səfər edəcək.

Əhmədinejadın Ərdəbil ostanına səfəri cümə günü başa çatacaq.

14 Sentyabr, 2011  16:30 Baxılıb: 911

Bu bölmədə