Simsar.az | bizi özünüzə Simsar bilin
Roma Papasına qarşı ağır ittiham

Rahiblər 16-cı Benediktin tutulmasını tələb edir

Rahiblər tərəfindən cinsi zorakılığa məruz qalmış qurbanlar Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Onlar yeni iddia ilə Roma Papası 16-cı Benedikt və katolik kilsəsinin 3 ali yepiskopunun məsuliyyətə cəlb etmək niyyətindədirlər.

Qeyd edək ki, katolik kilsəsinin rahiblərinin azyaşlı uşaqları cinsi əlaqəyə məcbur etməsi artıq Avropada geniş vüsat alıb. KİV-də dolanan məlumatlara əsasən, Roma Papası katolik kilsəsinin nüfuzdan düşməməsi üçün faktlara göz yumaraq, belə hallarının artımına təkan vermiş olur.

“Bir halda ki, qanun qarşısında hamı bərabərdir, bunu insanlığa qarşı edilmiş bir cinayət saymaq olar və katolik kilsəsinin ali rəhbərliyi bu cinayətlərə görə məsuliyyəti öz boynuna götürməlidir” , deyə cinsi zorakılığa məruz qalmış insanlar bildiriblər.

On minlərlə oxşar faktın mövcudluğuna baxmayaraq, kilsə rəhbərlərindən heç kim bu vaxta kimi məhkəmə zalında görünməyib. Hüquqşünaslar hesab edir ki, ali dünya məhkəməsi hərbi cinayətlər və soyqırımlarla məşğul olduğundan zorakılıq qurbanlarının iddiasının qəbul olunacağı böyük sual altındadır.

14 Sentyabr, 2011  15:44 Baxılıb: 1211

Bu bölmədə